İQTİSADİYYAT
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0104021511 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 13 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 34,071,000.00 manat olub. Sifarişlər 82.0000 manat (22.1331 faiz) və 87.3969 manat (14.5400 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 manat (15.0828 faiz) orta ölçülmüş qiyməti 87.0711 (14.9717 faiz) olub.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 milyon manatdır. İstiqrazlar 2017-cı il noyabrın 7-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]