İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102022511 ISIN kodlu, 182 gün tədavül müddətli, 19 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,380,300.00 manat təşkil edib. Sifarişlər 90.9771 manat (19.9999 faiz) və 93.4747 manat (14.0773 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.8065 manat (17.9974 faiz) orta ölçülmüş qiyməti 92.7129 manat (15.8499 faiz) olub. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 19 milyon manat təşkil edib. İstiqrazlar gələn il mayın 16-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.