İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102010540 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 9 investor tərəfindən 19 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 39,603,900.00 manat təşkil edib. Sifarişlər 95.6419 manat (18.4798 faiz) və 96.7785 manat (13.4998 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 96.5500 manat (14.4916 faiz), orta ölçülmüş qiyməti 96.7128 manat (13.7845 faiz) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 17-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat təşkil edilib. İstiqrazlar gələn il avqustun 15-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.