İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104016545 ISIN kodlu, 364 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 13 investor tərəfindən 28 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 76,617,100.00 təşkil edib. Sifarişlər 86.3462 manat (15.8999 faiz) və 90.9317 manat (10.0275 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 90.1390 manat (11.0000 faiz), orta ölçülmüş qiyməti 90.2626 manat (10.8472 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 12-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20,000,000.00 manat təşkil edib. İstiqrazlar gələn il iyulun 10-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.