İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 8 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 40,993,300,00 manat təşkil edib. Sifarişlər 96,4410 manat (15,0073 faiz) və 98,7964 manat (4,9542 faiz) qiymət intervalında təqdim olunub.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98,5301 manat (6,0667 faiz), orta ölçülmüş qiyməti 98,6631 manat (5,5103 faiz) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 13-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manatdır. İstiqrazların ödəmə tarixi oktyabrın 11-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.