İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 5 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,065,100.00 manat təşkil edib. Sifarişlər 83,4095 manat (20,00 faiz) və 89,3119 manat (12,033 faiz) qiymət intervalında təqdim edilib. Hərrac zamanı toplanmış sifarişlər emitent tərəfindən təmin olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.