İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101011515 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,714,500.00 manatdır. Sifarişlər 96.3512 manat (15.4003 faiz) və 97.9200 manat (8.6383 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97.6234 manat (9.9001 faiz) orta ölçülmüş qiyməti 97.7580 manat (9.3265 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar avqustun 31-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi noyabrın 29-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.