İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0101015516 ISIN kodlu, 91 gün tədavül müddətli, 22 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,332,000.00 manat təşkil edib. Sifarişlər 95.6600 manat (18.4500 faiz) və 97.1450 manat (11.9515 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95.6600 manat (18.4500 faiz) orta ölçülmüş qiyməti 96.4569 manat (14.9378 faiz) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar oktyabrın 5-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,332,000.00 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2017-cı il yanvarın 3-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.