İQTİSADİYYAT
Maliyyə naziri Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri ilə görüşüb
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqini və onu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri, ümumi iqtisadi göstəricilər, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üzrə dövlət büdcəsinin parametrləri müzakirə olunub. Həmçinin regional geosiyasi gərginliyin ölkəmizə və onun iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.