DÜNYA


Malmödə “şəhər içində şəhər” layihəsi

A+ A

Bakı, 25 avqust, AZƏRTAC 

İsveçin Malmö şəhərindəki “kiçik şəhər” layihəsi 54 min kvadratmetr sahəni əhatə edir. Memarlar bunu həm də “şəhər içində şəhər” adlandırırlar.

AZƏRTAC “Arxinovosti” saytına istinadla bildirir ki, memarlar bununla planlaşdırdıqları “kiçik şəhər” ideyasını həyata keçirməyə nail olublar.

Binanın hər bir bloku kvadrat və yaxud düzbucaqlı formada olmaqla, bir-birlərinə yaxın məsafədə yerləşib. Binanın fasad hissəsi ağ və qızılı rəngə çalan kafellə örtülüb. Ölçü cəhətdən fərqlənən pəncərələr binanın hərəkət effektini yaradır.

Bundan əlavə, binanın daxili elə planlaşdırılıb ki, orta əsr şəhərini xatırladır. Konsert zalı, holl, oteldən başqa burada insanların istirahəti məqsədilə park, futbol matçlarını izləmək, eləcə də konki sürmək üçün şərait yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.