SİYASƏT


Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı keçiriləcək

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məsələ Nyu-Yorkda səfərdə olan Mərkəzin nümayəndə heyəti ilə Maltanın Baş naziri Jozef Muskatın görüşündə müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta Baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali Səviyyəli Toplantısının keçirilməsinə dair razılığa gəlinib.

Görüşdə, həmçinin Mərkəzin fəaliyyəti, yeni əməkdaşlıq imkanları, qarşıda duran vəzifələr, gələcək planlar və V Qlobal Bakı Forumu müzakirə olunub. Eləcə də qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə NGBM-in İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak ediblər.

Qeyd edək ki, Maltanın Baş naziri Jozef Muskat Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ilin aprelin keçirilən III Qlobal Bakı Forumunda iştirak edib. Jozef Muskat 2014-cü ilin dekabr ayında da Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.