CƏMİYYƏT
Malyariyaya qarşı vaksin uğurla sınaqdan keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
AZƏRTAC “newsme.com” saytına istinadla xəbər verir ki, Tyubingen Universitet kilinikasının alimləri malyariyaya qarşı vaksini uğurla sınaqdan keçiriblər.
Ekspertlər qrupunun rəhbəri Peter Kremzner diqqətə çatdırıb ki, dərmanın təqribən dörd il davam edən sınaqlarında Afrika ölkələrindən təqribən 15,5 minə yaxın uşaq iştirak edib. “RTS,S” adlandırılan bu preparatın qəbulundan sonra xəstəliyə tutulmamaq göstəricisi uşağın yaşından asılı olaraq 26-36 faiz təşkil edib.
Beləliklə, sınaqlar zamanı öz səmərəliliyini sübuta yetirdiyi üçün bu preparatı dünyada malyariyaya qarşı ilk vaksin hesab etmək olar.