İDMAN


“Mançester Siti” Serxio Aquero ilə müqavilə müddətini uzadıb

A+ A

Bakı, 23 yanvar, AZƏRTAC 

“Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola hücumçu Serxio Aqueronu satacaqları ilə bağlı xəbərləri təkzib edib.

AZƏRTAC xəbər verir ki, o, argentinalı futbolçu ilə müqavilənin müddətini uzatdıqlarını, lakin bunun rəsmi şəkildə açıqlanmadığını söyləyib. Ehtimal edilir ki, müqavilənin müddəti ötən il artırılıb.

Qeyd edək ki, cari mövsüm 15 oyuna 11 qol vuran 28 yaşlı oyunçunun “Real”a keçəcəyi barədə məlumatlar yayılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.