QAN YADDAŞI
Mançester Universitetində təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı ilə bağlı aksiya keçiriblər
Bakı, 27 fevral, AZƏRTAC
Britaniyada fəaliyyət göstərən Mançester Azərbaycan Cəmiyyətinin üzvü olan və Mançester Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib.
Aksiyada iştirak edən tələbələr 23 il öncə Xocalıda Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilmiş soyqırımı ilə bağlı iştirakçılara məlumat verib, onlara qərənfillər, eyni zamanda, Xocalı faciəsi ilə bağlı məlumatları əks etdirən broşür və digər yazılı məlumatlar paylayıblar. Aksiya tələbələr və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanıb.
Mançester Azərbaycan Cəmiyyətinin üzvləri belə aksiyaları bu soyqırımını törədənlərin dünya birliyi tərəfindən hələ də cəzalandırılmamasına səbəbindən və Xocalı faciəsinin gələcəkdə bir daha təkrarlanmaması üçün mütəmadi olaraq təşkil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]