İDMAN
“Mançester Yunayted” İskonu transfer etməməsinin səbəbini açıqlayıb
Bakı, 10 avqust, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubu ilə müqavilə imzalamağa hazırlaşan futbolçu İsko haqqında maraqlı məlumat yayılıb.
AZƏRTAC “ESPN” nəşrinə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu “Malaqa”da oynayan vaxt “Mançester Yunayted” tərəfindən transfer edilə bilərmiş. Baxışdan keçəndən sonra yarımmüdafiəçi ilə müqavilə imzalanmama səbəbini klub belə açıqlayıb: “O, yaxşı futbolçudur, lakin kifayət qədər sürətli deyil və başı bədəninə görə çox böyükdür”.
Xatırladaq ki, bir neçə gün öncə keçirilən UEFA Superkubokunda “Qırmızı şeytanlar”ı məğlub edən Kral klubunun 2-ci qolunun müəllifi İsko olub. Komandanın baş məşqçisi Zidan oyundan sonra İsko haqqında xoş fikirlər səsləndirib, onunla yeni müqavilə imzalanacağını deyib. Futbolçu da açıqlamasında bunu təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]