İDMAN


“Mançester Yunayted” Yay Futbol Məktəbinə növbəti seçim başlanır

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

“Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimlərin başlandığını elan edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, seçim turları avqustun 29-dan 31-dək Bakı şəhərində, “Bayıl Arena” stadionunda keçiriləcək.

AFFA-nın dəstəyi ilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad sentyabrın 5-dən 9-dək Bakıdakı “Bayıl Arena” stadionunda “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcək. Təlim-məşq toplantıları zamanı uşaqlar öz texniki bacarıqlarını göstərməklə yanaşı, eyni zamanda, “Mançester Yunayted” klubunun təcrübəsindən yararlanaraq futbol üzrə bilik və bacarıqlarını artıracaqlar.

Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin məşqçiləri tərəfindən keçiriləcək seçimlərdə hansı klubun üzvü olmasından asılı olmayaraq 2005-2006-cı il və 2007-2008-ci il təvəllüdlü istənilən gənc istedad iştirak edə bilər. Bu seçim turlarında əsas üstünlük uşaqların texniki bacarıqlarına verilir. Heç bir ödəniş olunmadan keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.

Ətraflı məlumatı http://www.bakcell.com/  saytından və ya (+994 55) 511 45 55, [email protected]  əlaqə vasitələrindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.