İDMAN


“Mançester Yunayted” klubu Pol Poqbanı rekord qiymətə transfer edib

Bakı, 8 avqust, AZƏRTAC 

İngiltərənin “Mançester Yunayted” klubu məşhur futbolçu Pol Poqbanı rekord qiymətə transfer edib.

AZƏRTAC goal.com saytına istinadla xəbər verir ki, “Yuventus”un yarımmüdafiəçisinin İngiltərə klubuna keçidi 92 milyon funt sterlinqə başa gəlib.

Qeyd edək ki, bundan əvvəlki rekord transfer qiyməti “Real Madrid”in futbolçusu Qaret Beylin keçidi zamanı qeydə alınmışdı. Qaret Beyl “Tottenhem” klubundan “Real Madrid”ə 86 milyon funt sterlinqə transfer olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.