DÜNYA


Mançester aeroportu şübhəli çantaya görə evakuasiya edilib

London, 10 iyun, AZƏRTAC 

Britaniyanın Mançester aeroportunda sərnişinlərin polisə şübhəli çanta barədə məlumat verməsindən sonra hava limanının bir hissəsi evakuasiya edilib.

Sərnişinlərin evakuasiyasından sonra şübhəli çanta üzərində təhqiqat aparılıb və çantanın təhlükəsiz olduğu məlum olub.

Polisin sözçüsü bu kimi vəziyyətlərdə evakuasiyanın standart prosedur olduğunu və təhqiqatlardan sonra aeroportun fəaliyyətinin bərpa edildiyini bildirib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.