SİYASƏT


Mançesterdə törədilmiş terror aktı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb VİDEO

Bakı, 24 may, AZƏRTAC

Mançester şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts jurnalistlərə açıqlamasında deyib ki, iki gün əvvəl Mançesterdə terrorçu da daxil olmaqla 22 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Hadisə zamanı 59 nəfər xəsarət alıb və onların içərisində həyati təhlükəsi olanlar var. Qurbanların çoxu günahsız uşaqlar, gənclər və onların ailələridir. “Azərbaycan Prezidenti İlham Əliyev Britaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk. Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq. Terrorizm heç zaman qalib gəlməyəcək, biz qalib gələcəyik. Britaniyanın liberal, plüralistik dəyərləri hər zaman terrorçuların nifrət ideologiyasından üstün olacaq”, - deyə səfir qeyd edib.

Kerol Krofts, həmçinin Azərbaycan ictimaiyyətinin nümayəndələrindən çoxlu sayda başsağlığı mesajı aldıqlarını söyləyib və minnətdarlıq ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.