DÜNYA


Manilada mehmanxanada baş vermiş çaxnaşma nəticəsində  36 nəfər həlak olub

Tokio, 2 iyun, AZƏRTAC 

Filippinin kütləvi-informasiya vasitələrinin yaydığı məlumata görə, paytaxt Manilanın mehmanxana kompleksində atışma nəticəsində yaranan çaxnaşma 36 nəfərin ölümünə səbəb olub. Turistlər arasında çox populyar olan bu kompleks Manilanın beynəlxalq aeroportunun yaxınlığında yerləşir.

Filippin polisi bildirib ki, atəş açdığı güman olunan şəxs mehmanxananın yanmış nömrələrinin birində ölü vəziyyətdə aşkar edilib. Polis bəyan edib ki, bu, terror aktıdır və onu törədən şəxs kazinonu qarət etməyi planlaşdırırmış. Polisin məlumatına görə, mehmanxana nömrəsində yanğın törədən bu şəxs özünü qətlə yetirib. Bundan əvvəl isə o, kazinoda yanğın törədib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.