İDMAN
Manuel Noyer futbol tarixində ən yaxşı qapıçının adını bilmir
Bakı, 8 dekabr, AZƏRTAC
Münxenin “Bavariya” komandasının və Almaniya yığmasının qolkiperi Manuel Noyer futbol tarixində ən məşhur qapıçının – Lev Yaşşinin adını bilmir.
AZƏRTAC yerli KİV-lərə istinadən xəbər verir ki, bu il Noyer, habelə argentinalı Lionel Messi və portuqal Kriştianu Ronaldu ilin ən yaxşı futbolçusuna veriləcək mükafat – “Qızıl top” mükafatı iddiasındadırlar.
“Daily Mail” futbol “bilicisinin” dediklərini sitat gətirərək yazır: “Yalnız bir qapıçı “Qızıl top” alıb. Bu, Rusiyadan olan qolkiperdir, amma mən onun adını unutmuşam. Qapıçı üçün iddiaçıların üçlüyünə düşmək çox çətindir. Bu, mənim üçün böyük şərəfdir. Mən “Bavariya”dan və Almaniya yığmasından olan tərəfdaşlarıma minnətdaram, bu, onların sayəsində mümkün olub”.
Keçən mövsümün yekunlarına görə “Qızıl top” Kriştianu Ronalduya təqdim edilmişdi. Ondan əvvəl bu mükafatı dalbadal dörd dəfə Messi alıb.
Mükafat 2010-cu ildə “France Football” jurnalının “Qızıl top” və FİFA-nın “İlin oyunçusu” mükafatlarının birləşməsi əsasında təsis edilib.
Ronaldu və Messi soyadları KİV-lərdə daim fantastik nəticəlilik və parlaq oyun sayəsində xatırladılır. Buna görə də onlardan hansı birininsə fəxri mükafat alması ehtimalı çox böyükdür.
Noyerin Braziliyada keçirilmiş Dünya birinciliyindəki gözəl çıxışı onun xeyrinə danışmağa əsas verir. Orada Almaniya yığması final oyunda Argentina komandasına qalib gələrək 24 ildən sonra yenidən çempion titulunu qazandı.