DÜNYA


Maqadişoda restorana hücum nəticəsində ölənlərin sayı 30-u keçib

Bakı, 15 iyun, AZƏRTAC

Somalinin paytaxtı Maqadişoda yaraqlıların restorana hücumu nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Xatırladaq ki, əvvəlcə restoranın qarşısında minalanmış avtomobil partladılmış, sonra silahlılar otelə girərək insanları girov götürmüşdülər.

Hücumu yalnız səhərə yaxın dayandırmaq mümkün olub. Somalı Təhlükəsizlik Nazirliyi nümayəndəsinin dediyinə görə, silahlılar xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Restorana hücumun məsuliyyətini Somalidə fəaliyyət göstərən “Əş-Şəvab” terror qruplaşması üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.