İDMAN


“Maribor”–“Qəbələ” matçı macarıstanlı hakimlər briqadasına tapşırılıb

A+ A

Bakı, 22 avqust, AZƏRTAC 

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” və Sloveniyanın “Maribor” komandaları arasında keçiriləcək cavab matçının hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlərə həvalə olunub. Oyunu Viktor Kaşşai idarə edəcək. Matçın yan xətt hakimləri Györgi Rinq və Vensel Töt olacaq. Dördüncü hakim funksiyasının Tamas Boqnar yerinə yetirəcək.

Ukraynalı İqor İsçenko hakim-inspektor, maltalı Kris Bonett isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, avqustun 25-də Sloveniyada keçiriləcək “Maribor” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.