İDMAN


Marina Durunda: Bakıda Dünya Kuboku yarışları gərgin idman mübarizəsi şəraitində keçdi

A+ A

Bakı, 24 iyul, AZƏRTAC

Bakıda Dünya Kuboku yarışları gərgin idman mübarizə şəraitində keçdi. “Rio-2016” Yay Olimpiya Oyunları öncəsi mənim üçün yaxşı hazırlıq oldu. Səhvlərimin üzərində işləyib, bütün fikrimi “Rio-2016”ya yönəltməliyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının bürünc mükafatçısı Azərbaycan gimnastı Marina Durunda deyib.

Gimnastımız bildirib ki, Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır və bu məsuliyyət mənə bir qədər təzyiq göstərir. Lakin ümid edirəm ki, layiqincə çıxış edə biləcəyəm. Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.