İQTİSADİYYAT
Marina Ermilova: Azərbaycan bazarını öyrənmək və şüşə sənayesi şirkətləri ilə əlaqələr qurmaq istəyirik
Bakı, 2 mart, Ramiz Quliyev, AZƏRTAC
“Baku Glass 2016” sərgisində ilk dəfədir iştirak edirik. Məqsədimiz Azərbaycan bazarını öyrənmək və şüşə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə əlaqələr yaratmaqdır. Gələcəkdə Bakıda şirkətin nümayəndəliyini açmağı da düşünürük.
Bunu AZƏRTAC-a müsahibəsində “Baku Glass 2016” sərgi–seminarında iştirakçısı İtaliyanın “STARA Glass S.p.A.” şirkətinin Rusiya və MDB ölkələri üzrə satış meneceri Marina Ermilova deyib. Bildirib ki, şüşə sənayesi sahəsində 60 illik təcrübəyə malik olan “STARA Glass S.p.A.” əsasən şüşə qabların istehsalı və müasir sobaların layihəsi üzrə ixtisaslaşıb. “STARA Glass S.p.A.” şüşə istehsalı üzrə dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və onlara yüksək texnologiyalı avadanlıqlar göndərir.