SİYASƏT


Marina Nikls: Azərbaycan multikulturalizmi sivilizasiyalararası dialoqun təməlidir

A+ A

Lüksemburq, 5 oktyabr, AZƏRTAC

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Lüksemburqun “Editpresse Luxembourg” portalının redaktoru Marina Nikls-Uşçekovanın “ru.russki.lu” saytında “Azərbaycan multikulturalizmi sivilizasiyalararası dialoqun təməlidir” adlı məqaləsi dərc olunub.

Məqalədə V Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məlumat verilir, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi qeyd olunur. Marina Nikls multikulturalizmin, multikonfessionallığın ölkəmizdə həyat tərzi olduğunu qeyd edib.

Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Beşinci Bakı Humanitar Forumundakı çıxışından yazıb. Bildirib ki, Prezident İlham Əliyev Forumun beynəlxalq dialoqun dəstəklənməsində əsil platformaya çevrildiyini, Azərbaycanın Avropa və İslam mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olduğunu, eləcə də Bakının beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrildiyini diqqətə çatdırıb. Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin bir ailə kimi dostluq və xeyirxahlıq mühitində yaşadığını vurğulayıb.

Bildirilir ki, Azərbaycan Prezidenti çıxışında BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə Ermənistanın riayət etməməsinə bir çox dünya ölkələrinin rəhbərlərinin susmasının narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Məqalədə V Bakı Humanitar Forumunda 16 ölkənin mədəniyyət nazirlərinin, eləcə də Avropa Şurasının, Avropa İttifaqının, UNESCO, ISESCO və Ərəb Dövlətləri Liqasının təhsil, mədəniyyət və elm məsələləri üzrə təşkilatının (ALESCO) nümayəndələrinin, tanınmış dövlət xadimlərinin, dini konfessiyaların rəhbərlərinin, Nobel mükafatı laureatlarının iştirak etdiyi bildirilir.

Marina Nikls məqalədə Papa Fransiskin ölkəmizə səfərindən, onun Prezident İlham Əliyevlə görüşündən yazıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.