İDMAN


Mariya Stadnik: Bu qələbəni özümə və komandamıza hədiyyə etdim

A+ A

Bakı, 9 mart, AZƏRTAC

Bu qələbəni özümə və komandamıza hədiyyə etdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri Riqada keçirilən Avropa Çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi Mariya Stadnik qələbədən sonra müsahibəsində deyib.

Avropa çempionatının Rio-2016 Olimpiya Oyunlarına hazırlıq mərhələsi olduğunu bildirəb idmançı bu Oyunların hər bir idmançı üçün birinci yerdə durduğunu qeyd edib: “Mənim artıq lisenziyam var, sadəcə məqsədyönlü şəkildə məhz Olimpiya Oyunlarına hazırlaşıram. Qələbələrə artıq vərdiş etmişəm, çünki bu artıq mənim 7-ci qələbəmdir. Əlbəttə, hər dəfə yeni hisslər yaranır, lakin birinci qazanılan qələbə ilə müqayisədə indiki hisslər daha sakitdir. Biz daha bir yaxud iki turnirdə iştirak etmək istəyirik. Dünya Kubokunda yarışmaq istəyirdik, lakin təəssüf ki, bu il bu turnir keçirilməyəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.