İDMAN


Mariya Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu

Bakı, 21 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Olimpiya Oyunlarının üçqat medalçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadnik mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq uğurları sırasına İslamiadanın qalibi adını da əlavə edib.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan Mariya Stadnik finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.

Mariya Stadnik ilk görüşdə əlcəzairli rəqibi Keira Çairma Yahyaoi üzərində vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. Həlledici görüşdə E.Demirhana da qalib gələn M.Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medalları Əlcəzair idmançısı Xeyra Çeyma Yahyaoi aktivinə yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.