İDMAN


Mariya Stadnik: İslamiadanın Bakıda keçirilməsi üzərimizə böyük məsuliyyət qoyurdu

Bakı, 22 may, Həsrət Mahmudova, Samirə Allahverdiyeva, AZƏRTAC

Yarış rahat keçdi, amma psixoloji təzyiq, gərginlik vardı. İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirin Bakıda keçirilməsi üzərimizə böyük məsuliyyət qoyurdu.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qadın güləşçimiz Mariya Stadnik (48 kq) söyləyib.

Finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq İslamiadada Azərbaycanın aktivinə 70-ci qızıl medalı yazdıran Mariya Stadnik deyib: “Evin Dəmirhana ayın əvvəli Serbiyada keçirilən Avropa çempionatında da asanlıqla qalib gəlmişdim. Bu qalibiyyətimdə azarkeşlərin dəstəyini də qeyd etmək istərdim. Ailəm yanımda olmasa da, çıxışımı televiziya vasitəsilə izləyiblər. Mayın 22-də qızımın 4 yaşı tamam olur, çox sevinirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.