İDMAN


Mariya Stadnik “Rio-2016”nın Olimpiya Oyunlarının finalına yüksəlib [YENİLƏNİB]

A+ A

XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlməklə ən az gümüş medalı təmin edən Mariya Stadnik həlledici qarşılaşmada yaponiyalı üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək.

Final qarşılaşması Bakı vaxtı ilə təxminən saat 00:30-da başlayacaq.

20:15

Mariya Stadnik yarımfinal mərhələsində bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq (6:0) XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

19:19

Mariya Stadnik XXXI Yay Olimpiya Oyunlarında ikinci qələbəsini qazanıb.

Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib.

18:02

Bakı, 17 avqust, AZƏRTAC 

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.