MƏDƏNİYYƏT


Mariya Valverde: Bakıdan növbəti dəfə təklif gələrsə, sevinclə qarşılayaram VİDEO

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də “CinemaPlus” kinoteatrında “Əli və Nino” filminin qəhrəmanlarının iştirakı ilə mətbuat konfransı keçirilib.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Kris Tikyer, Kristofer Hempton, Nino obrazını canlandıran Mariya Valverde, həmçinin Numan Akar, Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov iştirak ediblər.

Mətbuat konfransında yaradıcı heyətin üzvləri çəkiliş prosesindən danışıblar. Filmin baş qəhrəmanı, Hollivud ulduzu Mariya Valverde Azərbaycana aşiq olduğunu bildirib. O qeyd edib ki, Bakıdan növbəti dəfə təklif gələrsə, bunu sevinclə qarşılayacaq.

Qeyd edək ki, yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.