SİYASƏT


Mariya Zaxarova: Azərbaycan və İranla münasibətlərimiz bizim üçün çox dəyərlidir

Moskva, 31 may, AZƏRTAC 

“Azərbaycan və İranla münasibətlərimiz bizim üçün çox dəyərlidir və hər hansı pozitiv və ya neqativ təsirlər bu münasibətlərdə əks olunmamalıdır. Biz bunu əsas götürürük ki, həmin ölkələrin hər biri ilə münasibətlərimiz bizim üçün dəyər kəsb edir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu sözləri Moskvada keçirilən brifinqdə ABŞ-ın antiiran siyasətinin Rusiya-Azərbaycan-İran triumviratı daxilində münasibətlərin inkişafına hər hansı şəkildə təsir göstərib-göstərməyəcəyi barədə suala cavab olaraq söyləyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.