SİYASƏT


Mariya Zaxarova: Xüsusilə xoşdur ki, bütün dünya üçün çox çətin zamanda ikitərəfli münasibətləri möhkəmləndirən tədbirlər keçiririk

A+ A

Moskva, 30 noyabr, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Ötən həftə Azərbaycanın və Rusiyanın yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərinin, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Moskvaya və RF-nin təhsil və elm naziri Olqa Vasilyevanın Bakıya səfərləri nədən xəbər verir?” sualına cavab verib.

M.Zaxarova qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsi ölkələrimizin rəhbərləri tərəfindən müəyyən edilib, xalqlarımızın çoxillik dostluğu və münasibətləri ilə təsbit olunub. O deyib: “Mən deyərdim ki, bu səfərlər yüksək səviyyəli münasibətlərin gündəlik həyatımızda təzahürüdür. Bütün dünya üçün çox çətin zamanda ictimai əhəmiyyət daşıyan maraqlı tədbirlər keçirməyimiz xüsusilə xoşdur. Belə tədbirlər təkcə ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də bütövlükdə beynəlxalq münasibətlərin müvafiq müsbət gündəliyini yaradır, çünki indi beynəlxalq münasibətlərdə belə müsbət məqamlar çatışmır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.