İDMAN


Mark Satton: Formula-1 Azərbaycan Qran-Prisinin mənzərəsi çox valehedici idi

Bakı, 1 iyul, AZƏRTAC

“Sutton Images” agentliyinin məşhur fotoqrafı Mark Satton Bakıda hər Formula-1 yarışından sonra burada çəkdiyi ən parlaq şəkillərin tarixçəsindən danışır. 

AZƏRTAC “motosport.com” saytına istinadla xəbər verir ki, adlı-sanlı fotoqraf deyib: “Formula-1 Azərbaycan Qran-Prisinin mənzərəsi lap valehedici idi: Bakı bulvarı, tarixi binaların qədim qala divarı ilə vəhdəti kadrlar üçün heyrətamiz fon yaradırdı. 

Amma bir neçə il ərzində ən parlaq yürüşlərin birindən çəkdiyim ən yaxşı kadrımda maşınlar deyil, Daniel Rikkardo əks olunub. O, bütün duruşu ilə sanki açıq şəkildə komandasından soruşur: “Burada nələr baş verib? Mən bu sərsəm yürüşü necə udmuşam?”

Daniel maşını çox aqressiv idarə edirdi: bunu dəqiq deyə bilərəm, çünki onun pilotajına yaxından baxmaq imkanım vardı. O, birinci döngədə bir neçə effektli ötmə də həyata keçirdi. 

Başa düşürəm, kiməsə elə gəlir ki, rəqiblərin səhvlərinə görə qələbə asanlıqla başa gəldi. Amma Bakıda həmin gün həqiqətən dəlisov bir gün idi. Uzun illər ərzində belə bir yürüşün olduğunu xatırlaya bilmirəm. Yarışı tribunalardan izləyən azarkeşlər də, televiziya tamaşaçıları da bol həyəcanlı anlar yaşadılar. 

Nəticədə Daniel “Red Bull”a qələbə qazandırdı. Bu, onun karyerasında artıq beşinci qələbədir. Əlbəttə, Fəxri kürsüdə ənənəvi “shoey”siz ötüşmədi. Bu prosedur artıq pilotun vizit kartına çevrilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.