CƏMİYYƏT


Marneulidə müasir tədris mərkəzi fəaliyyətə başlayıb

A+ A

Tbilisi, 22 noyabr, AZƏRTAC

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda müasir tədris mərkəzi açılıb.

Mərasimdə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Tamaz Naveriani, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, barış və inteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğalı, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva iştirak ediblər.

Qubernator Paata Xizanişvili Marneulidə yaşayan milli azlıqların gürcü dilini öyrənmələrində bu mərkəzin müstəsna rol oynayacağını bildirib. O, mərkəzin azərbaycanlıların təşəbbüsü ilə açılmasını nümunəvi addım kimi qiymətləndirib.

Merab Topçişvili deyib ki, mərkəz xalqlarımız arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Samirə Ağayeva mərkəzin açılışını “Bilik günü” adlandırıb, uşaqların və yeniyetmələrin müasir standartlara uyğun metodlarla təhsil alacaqlarına inamını ifadə edib.

Digər çıxış edənlər mərkəzin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu söyləyib, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilində xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.