İQTİSADİYYAT


Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” Avropada enerjinin şaxələndirilməsində yeni bir mənbə üçün əla nümunədir

A+ A

Bakı, 7 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

“Cənub Qaz Dəhlizi” (Southern Gas Corridor - SGC) layihəsi Avropada enerjinin şaxələndirilməsində yeni bir mənbə üçün əla nümunədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Bu layihə Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə Xəzər regionundan 10 milyard kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutur”, - deyə M.Şevçoviç bildirib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin seqmentlərini – “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Azərbaycan təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.