SİYASƏT


Marqo Ellis: USAID Azərbaycanla əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək

Bakı, 18 may, AZƏRTAC

ABŞ və Azərbaycan hökumətləri arasında 25 ildir uğurlu tərəfdaşlıq əlaqələri mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Xanım Marqo Ellis Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər barədə məlumat verib. Qeyd edib ki, ABŞ Azərbaycan hökuməti tərəfindən QHT-lərin qeydiyyatı zamanı “vahid pəncərə” sisteminin tətbiqini yüksək qiymətləndirir. Təmsil etdiyi qurumun öz proqramlarını qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirdiyini deyən M.Ellis bu səbəbdən QHT-lərin qeydiyyatı məsələsinin ABŞ hökuməti üçün önəm daşıdığını qeyd edib. O, USAID-in Azərbaycanla əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.