DÜNYA


Marsda UNO-nun qalıqları tapılıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Amerika ufoloqları Marsda teleskop vasitəsilə naməlum uçan gəmi qalıqları aşkarlayıblar.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, mütəxəssislər əldə edilən fotoşəkillərə əsasən obyektin yadplanetlilərə aid olduğu qənaətindədirlər. Onların fikrincə, qalıqlar qeyri-təbii mənşəlidir. Alimlər bu tapıntının kosmik idrakın varlığını təsdiqlədiyini bildiriblər.

NASA mütəxəssisləri isə naməlum obyektin yadplanetli sivilizasiyanın mövcudluğunu sübut etmədiyini düşünürlər. Onlar tapıntının planetin landşaft xüsusiyyəti olduğunu hesab edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.