MƏDƏNİYYƏT
Mart ayında rusdilli tamaşaçıları maraqlı tamaşalar gözləyir
Bakı, 2 mart, AZƏRTAC
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının mart repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC xəbər verir ki, martın 1-də Semyon Zlotnikovun “Ər arvadını atıb getdi”, 5-də Fyodor Dostoyevskinin “Karamazov qardaşları” tamaşaları nümayiş olunacaq.
Komediya həvəskarları martın 6-da Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 7-də Mirzə Fətəli Axundzadənin “Hekayəti- Müsyö Jordan-həkimi-nəbatat və dərviş Məstəli şah-caduküni-məşhur” tamaşalarına baxa bilərlər.
Martın 8-də Vladimir Neverovun “Parodiyalar paradı”,
12-də Uilyam Şekspirin “Yay gecəsində yuxu”, 13-də Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış “Yeddi gözəl” tamaşası, 14-də İlyas Əfəndiyevin “Büllur sarayda” dramı təqdim ediləcək.
Pedro Kalderon de le Barkanın “Məhəbbətlə zarafat etmirlər” lirik komediyası martın 15-də, Rey Kuninin “Həddindən artıq evli taksi sürücüsü” komediyası martın 19-da oynanılacaq.
Tamaşaçılar martın 26-da Aleksandr Ostrovskinin “Qurdlar və qoyunlar”, 27-də Mixail Zadornovun “Ər almaq istəyirəm” komediyalarına baxa bilərlər. Mixail Lermontovun “Maskarad” dramı martın 28-də, Ceyms Ostinin “Qürur və qərəz” tamaşası 29-da göstəriləcək.
Teatrın kollektivi balaca tamaşaçılarını da unutmayıb. Martın 1-də Valentina Reznikovanın “Yeni il gecəsində sehrbazlıq”, 7-də və 15-də isə Vladimir Neverovun müvafiq olaraq “Nağılı tap!-1” və “Nağılı tap!-2” tamaşaları nümayiş olunacaq.
Uşaqlar Aleksandr Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ına martın 8-də baxa bilərlər. Yekaterina Çernyakın “Gözəl Vasilisa”sı isə martın 14-də göstəriləcək.
Uşaqlar Moskva Teatrı aktyorlarının qastrolu çərçivəsində martın 20-21-də “Çəkməli pişik”, martın 22-23-də “Çipollinonun macəraları” tamaşalarına baxmağa dəvət olunurlar.
Valentina Reznikovanın “Durna balığının buyruğu ilə”, “Maşa və ayı” tamaşaları müvafiq olaraq martın 28-də və 29-da oynanılacaq.