Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mart soyqırımı – tarixin ən dəhşətli cinayəti

Mart soyqırımı – tarixin ən dəhşətli cinayəti

Bakı, 28 mart, AZƏRTAC

Tarixi hadisələrin düzgün işıqlandırılması bu günün ən vacib məsələlərindəndir. Azərbaycan xalqının başına elə faciələr gətirilib ki, onlar haqqında nə gənc nəslin, nə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı var. Uzaq və yaxın keçmişdə cərəyan edən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq ziyalılarımızın, alimlərimizin borcudur. Bu mənada Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı ermənilərin əsrlərdən bəri azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətini araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq kimi mühüm vəzifəni qarşıya qoyur. Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Sadir Məmmədovun AZƏRTAC-a təqdim etdiyi yazıda 1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistlərinin Azərbaycanda törətdikləri kütləvi qırğınlardan, qətliamlardan bəhs olunur.

S.Məmmədov qeyd edir ki, ermənilər bu soyqırımı törətməklə bəşər tarixində ən qanlı səhifələrdən birini yazıblar. 31 mart soyqırımı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövləti müstəqilliyə qovuşduqdan sonra alıb. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində erməni təcavüzkarlarının terror hərəkətlərinə hüquqi-siyasi qiymət verilib. Belə ki, Ulu Öndərin imzaladığı müvafiq Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir növ, proqram xarakterli sənəddir. Əsrlərboyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbit edilib. Fərmanda deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Sənəddə ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulub, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti mükəmməl əksini tapıb. Tarixboyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən - hələ XIX əsrin əvvəllərində, 1828-ci ildə “erməni vilayətinin” yaradılması, 1848-ci ildə isə “İrəvan quberniyasının” təsis edilməsi rus-erməni işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirmək, bu torpaqlarda erməni dövləti qurmaq məqsədi güdüblər.

XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanıb və planlı xarakter alıb. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “böyük Ermənistan” dövləti qurmağa niyyətlənən ermənilər “Daşnaksütyun” (1880, Tiflis), “Erməni vətənpərvərləri ittifaqı” (1885, Nyu-York), “Qncaq” (1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəldiblər. Həmin təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tutub. Bu terror təşkilatları 1890-1892-ci illərdə ilk dəfə Osmanlı dövlətinin şərqində 65 min günahsız insanı qətlə yetirib. 1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün “geniş imkanlar” açıb. Qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədib, 75 Azərbaycan kəndini talan ediblər. 1905-1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi davam etdirilib. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfər təşkil edib. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmi 4,6 dəfə artıb. Hətta bu qədər sıxışdırılma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət olub.

1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar ermənilərin “böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaradıb. 1915-ci ilin əvvəllərində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başlayıb. Rusiya ordusuna arxalanan ermənilər Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutublar. 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan imperiya ordusunu əvəz edən erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə zülm veriblər. Nəticədə 1918-ci ilin martınadək İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılıb və yandırılıb. Bu ərazidə yaşayan 135 min Azərbaycan türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilib, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olublar. Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin olunmuş Stepan Şaumyan rəhbərlik edirdi. Belə bir vəziyyət S.Şaumyana Cənubi Qafqazda sovetləşmə siyasətini həyata keçirmək üçün real imkanlar verirdi. Bakıdakı müsəlman hərbi qulluqçuların Lənkəranda könüllülərə silah göndərməyi qərara almasından istifadə edən S.Şaumyan Azərbaycanın bu cənub şəhərinə silah və sursat göndərilməsinə mane olmaq barədə əmr verib. Atışma başlanıb, ölənlər və yaralananlar olub. Bu, münaqişə üçün bir bəhanə olub. S.Şaumyan rusları və erməniləri qızışdıraraq azərbaycanlıların üstünə göndərib və Bakıda müsəlman əhalisinin qətlə yetirilməsinə başlanılıb. Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutub. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. Martın 31-də və aprelin 1-də qırğınlar xüsusilə kütləvi xarakter alıb. Üç gün ərzində Bakıda 30 min insan qətlə yetirilib. S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını talan edib, müsəlmanların bir çox ziyarətgahlarını dağıdıb. Daşnaklar və bolşeviklər Təzəpir məscidini topa tutub, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurublar. İrəvan azərbaycanlılarının çox sayda müraciətlərinin birində deyilirdi: “Biz, erməni təcavüzkarlarına qarşı mübarizəyə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Göründüyü kimi, azərbaycanlılara qarşı açıq-aşkar soyqırımı həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı özlərinin ərazisinə çevirmək niyyətində idilər. Xalqımız uzun illər bu gerçək tarixdən məlumatsız olub, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib. Dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində S.Kirovun heykəlini ucaltdılar, ətrafında istirahət parkı salındı. Bu mənada, ümummilli lider Heydər Əliyevin 20 il bundan əvvəl imzaladığı müvafiq Fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətənə bağlılığı baxımından da çox əhəmiyyətlidir. Tarixi şərait səbəbindən ötən iki əsrdə cərəyan edən hadisələrə, xalqın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb. Bunun nəticəsində ermənilər ötən illər ərzində özlərinin saxta iddialarını ictimailəşdirməyə, “erməni soyqırımı” adlı avantüranı geosiyasi amilə çevirməyə cidd-cəhdlə çalışıblar. Lakin tarixi faktlar onu göstərir ki, havadarlarına arxalanan ermənilər bu faktları dünya ictimaiyyətindən gizlətsələr də, tarix bu faktları çağdaş zəmanəmizə qədər qoruyub saxlayıb.

H.Baykara 1918-ci ilin mart qırğınlarından bəhs edən “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsərində yazır: “Türklərin mağazaları talan edildi, evlər yandırıldı. Bu barədə mənim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər... törədildi. Təcavüzlər bununla bitmədi. Erməni, rus könüllü dəstələri Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkərana da hücum etdilər, bu yerlərdə də Bakıda olduğu kimi, qırğınlar, talanlar və tarixdə görünməyən cinayətlər törədildi”.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı xalqa müraciətində vurğuladığı kimi: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik”. Həmin müraciətin nəticəsidir ki, Heydər Əliyev Fondu soyqırımı ilə bağlı yüzlərlə materialın xaricdə sərgisini təşkil edib. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr edilmiş kitab və bukletlər xarici ölkələrdə yayımlanıb.

Bu gün dünya ictimaiyyətinin hər bir üzvü, xüsusilə hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən bu faciələrdən xəbərdar olmalı və tarixdən ibrət dərsi götürməyi bacarmalıdır. Bəşəriyyət əleyhinə cinayətlərdən sayılan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinə veriləcək qiymət isə bu problemi tarixi faktlara əsasən dünya ictimaiyyətinə çatdırmağımızdan, onun doğru-düzgün təbliğindən asılıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib

Bu saata olan əsas xəbərlər

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilib - YENİLƏNİB

“Turkic Music Awards” mükafatı təsis ediləcək

Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür

Milli Kitabxanada Dövlət Suverenliyi Gününə həsr olunan virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb

Bülbülün Memorial Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ehtiyatda olan gizir: Həmin an içimdə bir səs vardı – İrəli, ancaq irəli!

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi qiymətləndirilib

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Murad Hüseynov: I Türk Dünyası Bəstəkarları Qurultayı yaradıcı potensialları birləşdirməyə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb VİDEO

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb VİDEO

Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır

Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub

Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var

ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

Gəncədə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Antiterror tədbirləri: DİN-in döyüş yolu

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam

Bir sutkada qazanılan tarixi Zəfər

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub

Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər

Tarixçi-şərqşünas: Aida xanımın nurlu xatirəsi mənə yol göstərməkdə davam edir

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq