İQTİSADİYYAT


Martda “Azərenerji” ASC tərəfindən 1,964 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Bakı, 5 aprel, AZƏRTAC

2017-ci ilin mart ayında ölkə enerjisi sistemində 1,993 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,964 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.

Qeyd edək ki, ötən ilin mart ayı üzrə enerji sistemdə elektrik enerjisi istehsalı 1,943, “Azərenerji” ASC-də isə 1,915 milyard kilovat-saat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.