İQTİSADİYYAT
Martın 13-də Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək
Bakı, 5 mart, AZƏRTAC
Belarus nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə martın 13-də Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Belarus şirkətləri iştirak edəcəklər. Azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarlar Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək tədbirə dəvət olunurlar.
Tədbirlə bağlı əlavə məlumata ehtiyacı olanlar Fondla əlaqə saxlaya bilərlər. (tel.: 012 5980147/48, daxili: 120,119 və ya 123; e-mail: [email protected]).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]