İQTİSADİYYAT
Martın 31-də Bakıda və respublikanın bəzi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 30 mart, AZƏRTAC
Martın 31-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zirə-3'', Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Rəncbər”, “Qobustan” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Lək”, “Zərdab”, “Zaqatala”, “Balakən”, “Əliabad”, “Katex” və “Makov”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Cəlilabad”, “Göytəpə”, “Günəşli”, “Ovçubərə”, “Biləsuvar”, “Şorsulu” və “Bəydilli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma”, “Giləzi”, “Alabaşlı” və “Qarayeri” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi, Pirsaat, Qubalı, Şıxlar, Bakının Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı, Beşdam kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən, Bakının Xəzər rayonunun Zirə kəndinin, həmçinin İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.