SİYASƏT


Martin Çunqonq: Parlamentlərarası İttifaq Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq iyunun 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üstünə güllər qoyub.

Martin Çunqonq Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edib.

Baş katib jurnalistlərə müsahibəsində deyib: “İlk dəfədir ki, Azərbaycandayam. Məqsəd Parlamentlərarası İttifaq və üzvləri arasında münasibətləri inkişaf etdirməkdir. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə bir sıra məsələləri müzakirə etdik. Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Eyni zamanda, terrorizmlə mübarizə yollarını da müzakirə etdik”.

Martin Çunqonq Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.