SİYASƏT


Marton Döndöşi: Macarıstan Azərbaycanla münasibətlərin daha da inkişafına böyük önəm verir

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Milli Məclisin deputatı Qənirə Paşayevanın Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi ilə görüşündə ölkələrimizin arasında əlaqələrin inkişafı, Xocalı soyqırımına dair həqiqətlərin Macarıstanda daha geniş yayılması ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Q.Paşayeva Azərbaycan ilə Macarıstan arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla bağlı son vəziyyət, Ermənistanın bölgədə törətdiyi təxribatlar barədə məlumat verib. Deputat Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə Xocalı soyqırımı barədə həqiqətlərin Macarıstan ictimaiyyətinə daha geniş şəkildə çatdırılması istiqamətində parlamentlərarası dostluq qrupunun və onun rəhbərinin səylərini daha da artıracağına inandığını qeyd edib.

Dost Azərbaycanla bağlı məsələlərdə bundan sonra da dəstəyini əsirgəməyəcəyini deyən Marton Döndöşi bildirib ki, ölkəsi Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük önəm verir. O, Azərbaycanı çox sevdiyini və hər iki ölkə arasında əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.