İDMAN


Marvan Abudi: Digər şahmat olimpiadaları ilə müqayisədə Bakı turniri mükəmməl təşkil olunub

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Bu, mənim Azərbaycana növbəti səfərimdir. Ölkənizə hər dəfə gələndə gördüyüm sürətli inkişaf məni son dərəcə heyran edir. Yeni və möhtəşəm tikililər, Şərq və Qərb üslubunun mükəmməl vəhdəti Bakıya tamamilə özünəməxsus gözəllik verir. Ən əsası insanların qonaqpərvərliyini qeyd etməliyəm. Küçədə gedərkən gülərüzlü insanlarla qarşılaşmaq və onlarla ünsiyyət hər bir qonaqda xoş hisslər yaradır.

Bu sözləri Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında İordaniya nümayəndə heyətinin üzvü Marvan Abudi AZƏRTAC-a müsahibəsində deyib.

Bakı Şahmat Olimpiadasının digər Olimpiadalarla müqayisədə mükəmməl təşkil olunduğunu vurğulayan qonaq qeyd edib: “Ardıcıl olaraq üç olimpiada – Xantı-Mansiysk, İstanbul və Tromse ilə müqayisədə Bakı turniri çox möhtəşəmdir. İdmançılar və qonaqlar üçün yaradılan şərait, yarışın keçirildiyi məkan və könüllülərin işi ürəkaçandır. Azərbaycan şahmatçıları da uğurla çıxış edirlər. Ümid edirəm ki, şahmatçılarınız yarışı mükafatçılar sırasında başa vuracaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.