DÜNYA


Marvel şirkətinin yeni komiksinin qəhrəmanı Kanadanın baş naziri Castin Trüdodur

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Komiksləri ilə məşhur olan Marvel şirkəti yeni məhsulunu oxuculara təqdim edib.

“Vətəndaş müharibəsi - 2. Tərəf seçmək” komiksinin üz qabığında Kanadanın baş naziri Castin Trüdo boks əlcəklərində və üzərində ölkəsinin simvolu qayınağacı yarpağı olan idman geyimində təsvir edilib. Qeyd edək ki, məsul vəzifəyə təyin olunmamışdan öncə Trüdo həqiqətən də boksla məşğul olub, barmen, snoubord və banci-campinq üzrə instruktor, aktyor, radioda aparıcı, gecə klubunda mühafizəçi və orta məktəbdə müəllim kimi çalışıb.

Maraqlıdır ki, baş nazirin atası, 1968-1979 və 1980-1984-cü illərdə hökumət başçısı olmuş Pyer Trüdo da 1979-cu ildə Marvel komikslərinin qəhrəmanı olub. Marvel komikslərinin ən məşhur buraxılışları arasında “Fantastik dördlük”, “Hörümçək-adam”, “Halk”, “Dəmir adam”, “Kapitan Amerika”, “X-adamlar”, “Dedpul” var. Bu komikslər əsasında çəkilmiş bədii filmlər tamaşaçıların böyük rəğbətini qazanmaqla bərabər yaradıcılarına külli miqdarda gəlir gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.