REGİONLAR
Masallı “ASAN Həyat”da ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı, 10 may, AZƏRTAC
“ASAN xidmət”, Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı və “ASAN Radio”nun təşəbbüsü ilə Masallı “ASAN Həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizələr təqdim etmiş şəxslərə partiya biletləri təqdim olunub, güllər əkilib, həmçinin bir sıra şagirdlərə fəxri diplomlar verilib.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, “ASAN Radio” Azərbaycanın cənub bölgəsində 92.7 FM dalğasında artıq yayıma başlayıb. Belə ki, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Salyan, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında, həmçinin Şirvan şəhərində “ASAN Radio”nu 92.7 FM dalğasında dinləmək mümkündür.