REGİONLAR
“Masallı ASAN məktəbli debat kuboku 2016”nın qalibləri mükafatlandırılıb
Masallı, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki “ASAN xidmət” Mərkəzində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi milli proqramı çərçivəsində rayon məktəbliləri üçün “Sosial şəbəkələrdən istifadə gənclərin inkişafına müsbət təsir edir” mövzusunda təşkil olunan “Masallı ASAN məktəbli debat kuboku 2016”nın final yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində məqsəd gənclərin və yeniyetmələrin fərdi inkişafını, debat təlimləri vasitəsilə məntiqi davamlılığını, araşdırma bacarığını inkişaf etdirmək, onlarda yetkin yaşlarında natiqlik sənətini formalaşdırmaqdır.
Rayonun 12 tam orta məktəbini təmsil edən 24 məşqçi-müəllim və 74 şagirdin iştirakı ilə reallaşan yarışmanın final mərhələsində “Dəfinə” məktəb-liseyinin şagirdləri birinci, Çaxırlı kənd tam orta məktəbinin şagirdləri ikinci yerə layiq görülüblər.
Qalib komanda “Masallı ASAN məktəbli debat kuboku 2016”nın kuboku, fərqlənən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]