REGİONLAR


Masallı Uşaq-İncəsənət Məktəbində hesabat konserti olub

Masallı, 20 iyun, Bağır Əliyev, AZƏRTAC

Dərs ilinin başa çatması ilə əlaqədar Masallı Uşaq-İncəsənət Məktəbində hesabat konserti olub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində rəsm şöbəsi şagirdlərinin əl işləri ilə tanış olublar.

Məktəbin direktoru Azər Əhədzadə 11 illik təhsil bazasına malik məktəbin bu il qazandığı uğurlardan, əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirib ki, 2016-cı ilin sentyabr ayından yeni binada fəaliyyət göstərən təhsil ocağında 8 ixtisas üzrə 324 şagirdin təlimi ilə 76 müəllim məşğul olur.

Uşaq-İncəsənət Məktəbinin konsert zalında xor, rəqs, fortepiano, xanəndəlik, qarmon, tar, balaban, kamança şöbələrində təhsil alan şagirdlərin ifaları dinlənilib.

Şagirdlər klassik Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən parçaları, eləcə də milli rəqsləri məharətlə ifa ediblər.

Sonda tədris ilində fərqlənən şagirdlərin bir qrupuna fəxri-fərmanlar və diplomlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.